İradədən həyat yoldaşına etiraf: “Qəhqəhə səbəbim, heyran qaldığım" FOTO

Müğənni İradə İbrahimovanın həyat yoldaşı Ceyhun İzerin ad günü olub. SİA-nın məlumatına görə, sənətçi əri ilə birlikdə çəkdirdiyi şəkli sosial media hesabında yayımlayıb və sevgi dolu sözlər yazıb: “Səni özünlə, mayanla, kökünlə təbrik etmək istədim. Mayasını tanımadan, bilmədən inancına, əxlaqına, vicdanına, mərhəmətinə, sağlam xarakterinə, sevgisinə, dürüstlüyünə heyran qaldığım və əksini düşünməyə belə ehtiyac duymadığım, həyatdakı ən böyük şükür səbəbim, şansım, həyat ortağım, yol yoldaşım, qəhqəhə aparatım... Dünyaya gəldiyin gün mübarək olsun.
Bu həyatda hisslərim və müşahidələrimdə heç vaxt yanılmadım. Sözünə qulaq asdığım ürəyimə heyran olum. O ürəyə hissiyyatı verən, qoruyan, yanıltmayan Allahıma da qurban olum. Ceyhun, səni sevdirəni sevirəm. Verdiyin "40 yaşında olmaq necə bir duyğudur?" sualına cavab verməyə yardımcı olsan sevinərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə