Naibə Allahverdiyeva: “Düşünürdüm ki, Aynişanın Kənanla ayrılıq xəbəri reklamdır”

Xalq artisti Naibə Allahverdiyeva Aynişan Quliyevanın həyat yoldaşından ayrılmasını reklam adlandırmasına münasibət bildirib. SİA-nın məlumatına görə, aktrisa yayılan xəbərlərin saytların reklamı olduğunu düşündüyünü bildirib: “Məni düzgün başa düşmədən şərhimi manşet eyləyib paylaşmağın mənasını başa düşmədim. “Facebook”da jurnalsit Aynişanın boşanmasının yalan və ya doğru olması barəsində paylaşma etdi, mən bir anlıq çox pis oldum. Sonra düşündüm ki, ola bilməz. İnanmadım, fikirləşdim ki, yəqin saytların reklamıdır. Axı çox zaman belə olur.

Xüsusi ilə qeyd edim ki, Aybəniz xanım bizim sənətkarımızdır onun balasıdır və balamızdır. Mən də anayam və övladın ana üçün dəyərli olduğunu çox yaxşı bilirəm. Allah Aynişan balamızı xoşbəxt etsin. Xahişim odur ki, araşdırmadan ağlınıza nə gəldi yazmayın".

Qeyd edək ki, ötən gün Aynişan Quliyeva ilə həyat yoldaşı Kənanın ayrılıq xəbəri yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə