Əməkdar artist Aybəniz Haşımovanın qızı, müğənni Aynişan Quliyeva sosial şəbəkədə həyat yoldaşı, fitness məşqçisi Kənan Əliyevlə bütün fotolarını silib. SİA-nın məlumatına görə, onlar "İnstagram"da bir-birilərini qarşılıqlı izləmədən də çıxarıblar.

Bununla sosial şəbəkə istifadəçiləri cütlüyün münasibətinin pisləşdiyini və ayrıldıqlarını iddia ediblər.

Qeyd edək ki, Aynişan Quliyeva ilə Kənan Əliyevin toy mərasimi fevralın 1-də baş tutub. Kənan Əliyev fitness məşqçisi olmaqla yanaşı, “Best model of Azerbaijan” yarışmasında “Ən yaxşı fitness model” seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə