Aktrisa Bergüzar Korel Halit Ergençlə ailə qurmasının 11-ci ildönümü münasibətilə səmimi şəkillər çəkdirib. SİA-nın məlumatına görə, aktrisa sözügedən fotoları sosial media hesabında yayımlyıb və bu sözləri qeyd edib: "Canım sevgilim, səninlə keçirdiyim hər an, birlikdə yaşadığımız xoşbəxtlik, uğruna tökdüyüm göz yaşları, xəyallarımız, ümüdlərimiz, davalarımız, qorxularımız, inadımız və sonda bir-birimizi daha böyük sevda ilə tapmağımız... Yaşadığım hər şey min dəfə sənə halal olsun. Sən də halal et. Allah bizə övladlarımızla sağlam və hüzurlu uzun illər yaşamağı nəsib etsin. Səni çox sevirəm. 11 ilimiz mübarək".

Qeyd edək ki, cütlüyün 2 övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə