Oktaydan boşanan Aysel: “Bezmişəm, heç kim vecimə deyil” FOTOLAR

400 min manatlıq toy etməsi ilə gündəmə gələn tanınmış bloger Aysel Şükürova ikinci dəfə boşanır. SİA-nın məlumatına görə, A.Şükürova əri Oqtay Əhmədovdan ayrılıb və artıq rəsmi boşanma üçün məhkəməyə müraciət edib.

O,” İnstagram”da 1,1 milyonlluq profilindən əri ilə birgə olan bütün fotolarını silib.

Bloger Aysel Şükürova həyat yoldaşı Oqtay Əhmədovla boşanma xəbərlərinə münasibət bildirib: "İlk və son açıqlamanı edirəm, onu da mənə görə doğrudan narahat olanlar üçün... Əsəblərim yerində deyil. Xahiş edirəm, heç kim mənə heç nə atmasın. Onsuz da hər şeydən bezmişəm. Başımı qatıram, işlərimlə məşğul oluram, 3 oğlum var, onlar üçün yaşayıram. Nə qədər ömrüm varsa, onlara ayıracam. Daha mübahisələrə girməyəcəm. Kim nə istəyir yazsın, onsuz geri çevirirəm, özümdə deyiləm, müalicə alıram.
Yaxınlarımdan xahiş edirəm, mənə heç nə yazmasınlar, vecimə deyil. 27 yaşım var, həyatda hər şeyi özüm edirəm, edəcəm də. Çalışdığım qədər həyata tutunmağa çalışıram. O da 3 uşağa görə. Bu, mənim şəxsi həyatımdır, kiməsə açıqlama verməyə borcum yoxdur. Necə istəyirəm yaşayıram, başqası mənim nə vecimə".

Qeyd edək ki, A. Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Q. Şükürov haqda 2018-ci ildə külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, blogerin birinci həyat yoldaşı Elşən Əsgərli ilə Nərimanov məhkəməsində çəkişmələri olmuşdu. İttihama görə, Elşən Əsgərli Oqtayı döymüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə