Onlar Beyruta 100 min bağışladılar

Livanın paytaxtı Beyrutda baş verən faciə nəticəsində 155 insan dünyasını dəyişib, 5 mindən çox yaralı var. Xarici KİV-lər xəbər verir ki, baş verən hadisəyə məşhurlar da biganə qalmayıblar. Onlar ölkəyə bacardıqları qədər maddi yardım veriblər.

Növbəti yardım isə 59 yaşlı Corc Kluni və 42 yaşlı xanımı Amaldan gəlib. Onlar Livanın üçün xeyriyyə fonduna 100 min dollar bağışlayıblar.

"İkimiz də Beyrutda baş verənlərə çox üzüldük. Son günlər orada çox pis hadisələr yaşandı. İnanıram ki, imkanı olan hər kəs ora maddi yardım verəcək" deyə, Corc Kluni bildirib.

Qeyd edək ki, Beyrut aktyorun xanımı Amalın vətənidir. Livanda 2 il yaşayan Amal İngiltərəyə köçüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...