İllər öncə yayımlanan “Bizimkiler” serialında “Cemil” obrazını həyat verən Uğurtan Sayınerin səhhətində problem yaşanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyorun ağır vəziyyətini görən aktrisa Berna Laçın “Twitter” hesabında paylaşım edərək, kömək istəyib.
O, evdə müalicə olunan aktyorun xəstəxanaya yerləşdirilməsi üçün bələdiyyə sədri Tunç Soyerə müraciət edib. Sədr dərhal aktyorun tibbi mərkəzə yerləşdirilməsi ilə bağlı göstəriş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə