"Xoş olmayan günlər yaşayırıq" FOTO

Müğənni Elton Hüseynəliyev sosial şəbəkədə anasının şəklini yayımlayıb. SİA-nın məlumatına görə, ifaçı fotoya anası ilə bağlı bu sözləri qeyd edib: "Ana, sənə qurban olum, mənə çörək, şan-şərəf verdin, söz öyrətdin... Azərbaycan analarının, xanımlarının qarşısında baş əyirəm. Ad günüm idi. Ad günü keçirməyi sevmirəm, bu ağır günlərdə isə heç haqqım yox idi.

Şükür, sağ-salamatıq. Hər şey yaxşı olacaq, bunu bilirik. Bilməyənlər isə özü bilər. Allah bu Vətən üçün canından keçən hər bir vətəndaşı qorusun. Hamımızın sıxıntısı, problemləri var. Bu da normaldır. Etiraf edək, illərdir dövlət bizə yaxşı baxıb. Xalqımız öz sənətçisinə qiymət verib. İndi bütün dünyada COVİD-19 ucbatından heç də xoş olmayan günlər yaşayırıq. Hər şey yaxşılığa doğru gedir. Hamımıza gözəl günlər arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...