"Hardasız Xalq artistləri, xalqın yanında olun!"

Müğənni Xatirə İslam "İnstagram"da canlı yayımda ona verilən sualları cavablandırıb. SİA-nın məlumatına görə, ifaçı Xalq artistlərinə səslənib: "Xalq, Əməkdar artistlər, digər fəxri adlar alan bütün sənət adamları, yaşlı-başlı sözükeçən sənətkarlar çıxıb danışmalı idi. Başa düşürəm hamı və mənim üçün də çətindir. Biz çıxıb emosional, yalan-doğru danışırıq. Amma sənətkarlarımızı görmürəm. Sizin sənətiniz Ölkə Başçısı tərəfindən dəyərləndirilib. Bizim böyüklərimiz, ağsaqqallarımızsınız. Siz nə vaxt bizə yol göstərəcəksiniz: filankəs səbr et, danışmaq olmaz, bunu paylaşdın sil... Bunları siz bizə deməlisiniz.

Fəxri adlara layiq görülmək yalnız səhnə fəliyyətindən ibarət deyil. Fəxri ad alanlar dövlətə xidmət etməlidir. Xalqın artistisiniz, xalqın yanında olun. Gənc ifaçılar düz olmayan paylaşım edir, narazıçılıq bildirirlər. Haqlı, haqsız videolar yerləşdirirlər. Haqlı olanları qədər, yerli-yersiz söz deyənlər də az deyil. Mən özüm də hansısa yanlış paylaşım etmişəmsə, səbirsizlik edib tez danışmışamsa, karifeyimizin sözünü eşidərəm. Deyərəm, üzr istəyirəm, bir də belə demərəm.

Hamı sakit dayanab, gözləyir ki, toylar başlasın, oxuyaq. O da olacaq, ağsaqqallarımızın sözünü gənclər eşidər. Əgər siz bu adlarla dəyərləndirilmisinizsə, bununla halallaşmaq lazımdır. Siz dəstək olmalısınız, imkan verməməlisiz sizdən kiçik olanlar danışsın".

Xatirə ona yazılan "Sənin var yeyirsən, başqasının yoxudur" sözlərinə belə reaksiya verib: "Mənim üçün də ağırdır, çətindir, xoş deyil evdə oturmaq. Müğənnilər, musiqiçilər toy istəyəndə ağzınıza gələni yazırsız. Biz musiqiçi olduğumuz üçün toy istəyirik. Maşındüzəldən olsaydıq, avtomobil istəyərdik. Adi insanlar var ki, müğənnidən yüz dəfə yaxşı yaşayır.

Bəzən anlayıram ki, biz sənət adamları hər şeyimizi açıb danışaraq səhv etmişik. Bunu etmək səmimilik yox, ağılsızlıqmış".

Bütün xəbərlər Facebook səhifəmizdə