"Məni nə tez xalq düşməni etdiniz?"

Müğənni Elnarə Xəlilova "İnstagram" səhifəsinin oğurlandığını, onun adından həkimlərə təhqirlər yazıldığını bildirib. SİA-nın məlumatına görə, ifaçı bu sözləri deyib: "Səhər açılandan bütün həkim dostlarım və qohumlarım mənə yazır ki, həkimləri niyə təhqir etmisən?! Əvvəlcə heç nə anlamadım və məsələnin "İnstagram" səhifəmlə bağlı olduğunu öyrəndim. Təbii ki, səhifəmi işlədən şirkətlə əlaqə saxladım və bu neqativ halın necə baş verməsi ilə maraqlandım. Məlum oldu ki, gecə ilə İnstaqram səhifəm ələ keçirilib.".

Gecə ilə mənim adımdan tək həkimlərə yox, hər kəsə acı və neqativ şərhlər yazıblar. Bunu qərəzli şəkildə mənə qarşı yönəldilən bir qara piar olduğunu anlayandan sonra məcbur olub paylaşımı sildim və açıqlama yazdım. İndi isə bir daha hamınızın bilməyini istəyirəm: Günlərdir yaxşı həkimlərimizin sitat və səhifələrini paylaşıram, onların ünvanına gözəl sözlər yazıram, təşəkkür edirəm, bəs niyə bunları "manşet" etmirdiniz?

Bir ağıldankəmin yazdığı neqativ şərhləri nə tez başlığa çevirdiniz? Heç mən olmadığımdan şübhə etmədinizmi? Məni nə tez xalq düşməni etdiniz?".

Elnarə daha sonra səhifəsini geri qaytardığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...