"Məndən nə istəyirsiz?!" VİDEO

Müğənni Nadir Qafarzadə onunla bağlı paylaşılan "Nadir deyirdi mənim soyuducum doludur, professorun yox" sözlərinə aydınlıq gətirib. SİA-nın məlumatına görə, ifaçı bildirib ki, heç vaxt elə söz işlətməyib: "Bir neçə gündür müşahidə edirəm, susuram, üstümə gəlirsiz. Məndən nə istəyirsiniz? Sizə nə etmişəm? Koronavirusu Azərbaycana gətirmişəm, işsizliyi mən yaratmışam? Nə pisliyimi gördünüz?

Hər zaman ehtiyacı olanların yanında olmuşam, bir əlim paylayıb. Deməli, düz etməmişəm. Kimsə yazıb Nadir deyir professor acdı, mən yox. Niyə soruşmursuz ki, Nadir bunu harada deyib? Sosial şəbəkədəkilər cahildir, savadsızlıq bu ölkədə çoxdur. Mövzu bitdi, Nadirə keçdiz?

Bir neçə gün əvvəl şəhid üçün ağlayıb, bayraq qaldırırdız. İndi nə oldu? Oturun yerinizdə, dərdinizi çəkin. Bir şey olanda kompüter arxasına keçirsiz, Nadiri pisləyirsiz. Bu pandemiya ərəfəsində mən və həmkarlarım kimlərə əl tutmadı. Yaxşılıq etmək lazım deyilmiş, insan çiy süd əmib. Yaxşı edir bəzi-bəzi məmurlar, sizin pulunuzu yeyir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...