Miri Yusifdən Nadirə cavab: "Dünya fırlanır və qayıdıb üzünə dəyir " FOTO

Xalq artisti Miri Yusifdən müğənni Nadir Qafarzadəyə şillə kimi cavab gəlib. SİA-nın məlumatına görə, Nadirlə bağlı sosial şəbəkədə yayılan "Nadir Qafarzadə bir neçə il əvvəl "Kitab oxuyursan" sualına cavab olaraq demişdi: Gedək professora deyək ki, "xolodilniki"ni açsın, mən də açım. Görək kimdə doludur" sözlərini "İnstagram"da story bölümündə yerləşdirib.

Miri Yusif "Həyatın bumeranqdır. Bəzən kiməsə cavab verməyə tələsmək lazım deyil. Çünki dünya fırlanır və qayıdıb üzünə dəyir" deyərək, sözlərinə əlavə edib.

Qeyd edək ki, Nadir sözügedən paylaşıma "Nadirin soyuducusu hər zaman doludur. İndi də Mərdəkanda villasında dincəlir. On il də toy olmasa onun vecinə deyil. Öz gününüzə ağlayın" reaksiyasını vermiş və qeyri-etik ifadələr yazmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə