“Özümə bağışlaya bilmirəm” VİDEO

Müğənni Niyam Səlami verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı proqramda mərhum anası haqqında danışıb və göz yaşlarına qərq olub: “Anam mənim üçün çox fədakarlıq edib. Rayon qadınlarının hamısı fədakar və zəhmətkeş olur (ağlayır). Mənə qohumlarım deyirdi ki, anam yaxşıdır. Amma heç də yaxşı deyilmiş. 73 yaşı var idi. Xəstəliyi ürəyi ilə bağlı idi. Səhhətində problem olsa da, rayondan Bakıya həkimə gəlmirdi.

Son nəfəsində anamın yanında ola bildim. Özümə çox şeyləri bağışlaya bilmirəm. Görəsən, mən ona övladlıq edə bildimmi? Anaların haqqı heç nə ilə ödənilə bilməz. Evdə 8 uşaq olmuşuq. Anam övladlarını qanadının altında saxlayıb. Rəhmətlik atam 3 ay evdə, 3 ay işdə olurdu.

Onu da qeyd edim ki, anam məndən nigaran idi. Çünki mən evlənib, boşanmışdım”.

Bütün xəbərlər Facebook səhifəmizdə