"Monopoliya olsaydı, Şəmkirdəki bütün toyları əlimə alardım" VİDEO

Müğənni Roza Zərgərli verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı proqramda aparıcı Mətanət Əliverdiyavanın "Deyirlər, toyda monopoliya yaradılıb. Filan bögədəki toy vəziyyətinə filankəs, Moskvaya başqası baxır" sualına belə cavab verib: "İndi danışacam, sabah hər yerdə yayılacaq. Şəmkirliyəm, hamı da bilir ki, maddi baxımdan ən yaxşı toylar orada olur. Həmin yerdə yeganə üzdə olan, xeyirsevər yeganə müğənniyəm. Amma bir dəfə orada toyda olmamışam.

Bilirsiniz ki, gücüm yetəri qədər var. Monopoliya olsaydı, Şəmkirdəki bütün toyları əlimə alardım. Bu söz-söhbəti o şeyi etmək arzusu olanların söhbətidir.

Elə müğənnilər var ki, onlarla düşmənəm. Münasibətimiz kəsilib, olmayacaq, ömürboyu da olan deyil. Küsdüyüm müğənni ilə ayaqyeri qoymuramsa barışmayacam. Həmin müğənnilərlə efir qarşısında dalaşmıram. Real həyatda sözümü deyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...