Fədayə Laçın: "Ata muğamı oxumaram"

Müğənni Fədayə Laçın "İnstagram"da canlı yayımda izləyicilərinin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, sosial şəbəkə istifadəçiləri ifaçıya ata haqqında muğam oxumasını istəyib.

O isə belə cavab verib: "Heç vaxt ata haqqında mahnı oxumuram. Ürəyimdən gəlmir, oxuya bilmirəm. Atasız böyüdüyüm üçün mənə ata muğamı çatmır. Anadan ürəkdən oxuyuram. Hətta toyda elə oxuyuram ki, hamı ağlaşır. Baxıram ki, durub oynayan olmur. Bizi anam saxlayıb. Ana qayğısı gördüm, ata yox. Ona görə də belə düşünürəm. Ataları Allah qorusun, dünyasını dəyişənlərə rəhmət diləyirəm. Amma oxuya bilmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə