"Hercai" serialındakı Miran obrazı ilə tanınan Akın Akınöz evlənəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, aktyor bir müddət əvvəl paylaşımı ilə diqqət çəkmiş və sevgilisi Sandra Pestemalciya evlilik təklifi etdiyi bildirilmişdi.

Məsələ ilə bağlı ilk dəfə açıqlama verən Akınöz belə bir halın olmadığını deyib. Hava limanında obyektivlərə tuş gələn aktyor bu sözləri deyib: "Bilmirəm niyə, amma hər şey evliliyə yozulur. Evlənmirəm. Bu, bizim çox xoşbəxt olduğum an idi. Mən də onu paylaşmaq istədim. Profilimdə həmin enerjinin yer almasını istədim. Bundan başqa bir məsələ deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə