Müğənni Nəfəs qalmaqallardan bəhs edib. SİA-nın məlumatına görə, ifaçı bəzilərinə məsləhət verməyi də unutmayıb: "Hər zaman qalmaqallardan uzaq olmuşam. Nə qalmaqal istəmişəm, nə də süni söz-söhbət yaratmışam. Bu vaxtadək tamaşaçıların qarşısına yeni işlərimlə çıxmağı daha üstün tutmuşam. Heç zaman kiminsə həyatına müdaxilə edən birisi olmamışam. Çünki mənə öz həyatım, ailəm, yaxınlarım maraqlıdır. Kənardan görünən çox şeyə inanmayın. Mənim üçün hər şeydən öncə xalqın gücü, sevgisidir. Ona görə də sizlər üçün çalışıram. Çox xahiş edirəm adımı lazımsız məsələlərdə hallandırmayın. Məni oda atmağa çalışmayın. Çünki su odda yanmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB