Flora Kərimova İlhamə Quliyevaya cavab verdi

Flora Kərimova İlhamə Quliyevaya cavab verdi
Xalq artisti İlhamə Quliyevanın əməkdar artist Səməd Səmədovun ünvanına səsləndirdiyi sərt fikirlərə xalq artisti Flora Kərimova da münasibət bildirib. SİA-nın Day.Az saytına istinadən verdiyi məlumata görə, İ.Quliyevanın S.Səmədov haqda söylədiklərinin, sonuncunun F.Kərimova ilə əməkdaşlığı ilə əlaqədar olduğunu deyən xalq artisti məsələyə belə münasibət bildirib: "Təəssüf ki, bu, həqiqətən belədir. Səmədə bu gözlənilməz hücum bizim birgə yaradıcılıq fəaliyyətimizlə bağlıdır. İlhamə yenə öz repertuarındadır! Müğənnilərdən hansınınsa mənimlə yaxınlaşması kifayətdir ki, İlhamə dərhal onu ələ salmağa çalışsın. Əslində ondan başqa şey gözləmirəm. Bəlkə İlhamə heç olmasa, sözlərinə ictimaiyyətin reaksiyasını nəzərə alaraq artıq özünü belə aparmaqdan əl çəksin? Həqiqətənmi o, özü haqda şərhlərdən xəbərsizdir?"

Bütün xəbərlər Facebook səhifəmizdə