Avqustun 27-si və 28-də Bodrumun Yalıkavak ərazisində keçirilməsi planlaşdırılan “Jara-2020” Beynəxalq Musiqi Festivalı təxirə salınıb. SİA-nın məlumatına görə, bu barədə tədbirin təşkilatçıları məlumat yayıb: “Biz var gücümüzlə çalışırdıq ki, yay sizin üçün ancaq ən parlaq və musiqili təəssüratlarla yadda qalsın. Lakin vəziyyət başqa cürdür və biz festivalı təxirə salmağa məcbur olduq. Tədbirin yeni keçirilmə tarixi barədə ən yaxın vaxtlarda məlumat verəcəyik. Əmin ola bilərsiniz ki, alınmış bütün biletlər keçərlidir”.
Qeyd edək ki, bu il 29 iyul–2 avqust tarixləri arasında Bakıda keçirilməsi planlaşdırılan “Jara” beynəlxalq musiqi festivalı da təxirə salınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB