“Hacı Məmmədovla münasibətim olubsa, Allah mənə lənət etsin”

“Hacı Məmmədovla münasibətim olubsa, Allah mənə lənət etsin”

Xalq artisti Brilliant Dadaşova jurnalist Sevinc Osmanqızını “ağ yuyub, qara sərib”. SİA-nın məlumatına görə, o, bu sözləri deyib: "Dostlar, sən demə bu qadın da, ən adi, sıradan bir dedi-qoduçu imiş. Mənim haçansa Hacı Məmmədovla hər hansı bir tanışlığım və münasibətim olubsa, Allah mənə lənət etsin!

Sizin kimi bəsit metodlara əl atan şər-böhtançılar yalan uydurduğunuza görə də, Allah sizə lənət eləsin! Sizin səhifənizdə paylaşdığınız bu statusunuz nə qədər tərbiyəsiz və əxlaqsız olduğunuzu ortaya qoydu. O insan öz xalqının nümayəndələrini, qardaş və bacılarını qətlə yetirib fiziki cəhətdən yox edirmiş. Siz də öz xalqınızın nümayəndələrinə mənəvi zərbələr vuraraq qətlə yetirirsiz. Bu prizmadan baxdıqda sizin qatil Hacı Məmmədovla aranızda böyük bir fərq yoxdur. Dedi-qodu, şər-cəfəngiyyat baxımından da əlində mikrafon tuta bildiyi üçün, adını müğənni qoyub, barəmdə dəxlisiz qeybət uydurub yayan bəsit qadınlardan heç bir fərqiniz yox imiş!"

Bütün xəbərlər Facebook səhifəmizdə