Bu günədək çox müsahibələr almışam. Müxtəlif həmsöhbətlərim olub. Redaktorumuz bu dəfə ki müsahibimin adını çəkəndə onunla yazı dərc etmək mənə olduqca asan gəldi. Heç bir sual hazırlamadan müsahibimlə görüşə getdim. Düşündüm ki, bu müğənnini danışdırmağa nə var ki.... Amma yaxşı deyiblər, "sən saydığını say, gör fələk nə sayır".... Rəqsanə xanım da saydı, amma fələk kimi yox, özünəməxsus şəkildə. Bu saymaq da digərlərindən fərqləndi. Maraqlıdır, amma nədəsə mən bu xanımı şəxsən özüm üçün başqa obrazda açdım. Bəlkə də heç kim onu belə görməmişdi. Sakit, qalmaqalsız, deyilənləri vecinə belə almayan və demək olar ki danışmaq istəməyən bir Rəksanəni özüm üçün kəşf etdim. Yeni aşkar etdiyim Rəksananə ilə sizdə tanış olun.
- Rəksanə xanım neçə ildir bu sənətdəsiz. Təbii ki, bir çox yollardan keçmisiz. Maraqlıdır bu yollarda nə ilə rastlaşmısız?
-Artıq 10 ildən çoxdur səhnədəyəm. Çox şeylərlə qarşılaşmışam. Mən həyatın bütün çətinliklərini görmüşəm. Bütün yük mənim üzərimdə olub. Lakin bu çətinliklərdən çıxmağı bacarmışam. Bu il başıma çox iş gəldi. Ardı-ardınca qəzalar, canım xəstə düşdü. Bilmirəm, niyə bunlar mənə olur. Amma xahiş edirəm, bu mövzuya qayıtmayaq.
- Yaxşı, bu illər ərzində kimləri tanıdınız? Hansı üzlərlə rastlaşdınız?
-Vay-vay, oy-oy..... Bu mənim yaralı yerimdir. Lakin qeyd edim ki, mən ümumiyyətlə, pisliyi tez unuduram. Əslində bu düzgün deyil. Kinli deyiləm. İnsanları tez bağışlamağı bacarıram. Onları özümə tez yaxın buraxıram. Bu mənim ən zəif cəhətimdir. Bilirəm, belə olmaq lazım deyil. İnsan gərək hər kəsi, düşmənini də məsafədə saxlasın. Bu isə məndə yoxdur da, ən böyük bədbəxtçilik elə budur. Bu illər ərzində bir çox insanları tanımışam. Əvvəl tanımırdım, amma indi onları seçə bilirəm.
- Kimləri seçmisiniz ? Deyin biz də tanıyaq?
- Bilirsiniz necədir, mən qəti sürətdə heç kimin adını çəkmək istəmirəm. Heç kimdən danışmaq fikrim yoxdur. O insanları sadəcə olaraq ürəyimdə tanımışam. Tanısam da yenə mənə öhdə olmur.
-Deyirsiz, bu mənim zəif cəhətimdir və bundan əliniz çox yanıb. Bəs bu olanlardan heç dərs götürmürsüz?
-Bəs iş də elə orasındadır. Mən heç nədən ibrət götürə bilmirəm.
-Maraqlıdır, dayadığınız yerdən Azərbaycan şou-biznesi neçə görünür?
-Mənim fikrimcə, Azərbaycan şou-biznesi yoxdur. 2006-2007-ci illərdə mən özümdə bu sahəyə çox can atırdım. İndi hər şey gözümdə sönüb. Bilmirəm, bu nədən irəli gəlir.
-Bəlkə sizi nəsə ruhdan salıb?
- Təbii ki, salıb. Mən elə özüm özlüyümdə ruhdan düşmüşəm. Şou-biznesdə mən varamsa, nəsə bir iş görməliyəm, tamaşaçılarıma nə isə təqdim etməliyəm. Mahnılar, kliplər, konsertlər təqdim etməliyəm. Bu bizim işimizdir, çörəyimizdir.
- Deyirsiniz, ruhdan düşmüşəm. Bəs, stimul aldığınız heç nə yoxdur?
- Balalarımdır. Mən hər zaman onlardan stimul alıram.
- Bu günki təqdimatınızdan razısınız?
- Yox! Bəzi səbəblər var. Əslində istəmərəm ki, təqdim olunanda "Qalmaqallı Rəksanə, filan belə, beşmekan helə". İstəmirəm məni belə tanısınlar.
- Amma mən mütləq vurğulamalıyam ki, siz istəsəniz də istəməsəniz də bu belədir. Artıq belə təqdim olunursunuz...
- Düzdür, (xeyli susduqdan sonra). Lakin düşünürəm ki, artıq təqdimatım dəyişib. Mən heç vaxt bilərəkdən özümü qalmaqala salmamışam. Həyatı boyu bunu etməmişəm. Sadəcə olaraq düzgün insanın heç bir yerdə loru dilində desək "yeri yoxdur".
- Niyə yoxdur? Ümumiyyətlə deyirlər ki, indiki müğənnilər səhnəyə sənət göstərməyə deyil, özlərini nümayiş etdirməyə çıxırlar. Siz də istisna deyilsiniz...
- Deyirlər özünü göstərir?? (ürəkdən gülərək). Mən özümü göstərməklə ərə gedəsi deyiləm ki. Mənim özüm boyda qızım var. İkinci övladım da oldu. Özümü göstərməyə ehtiyacım yoxdur. Mahnılarım sevilir və tamaşaçılarım məni dəstəkləyir. Bu mənə bəsdir. Özümü nümayiş etdirmək vaxtım arxada qalıb. İndiki müğənnilər özlərini göstərirsə, bunun mənə heç bir dəxli yoxdur.
-Rəqsanə xanım, müğənni Səidə ilə münasibətiniz necədir?
-Səidə kimdir?
- Gənc müğənni Səidə Sultan...
- Salam, sağ ol .... Heç bir problemimiz yoxdur.
- Amma o yerli radio verilişlərin birində sizin adınız çəkilən zaman deyib ki, Rəqsanədən danışıb bizi biabır etməyin...
- Vallah mən bunu eşitməmişəm. O qızla heç bir zaman problemim olmayıb. Ümumiyyətlə, onunla mənim nə problemim ola bilər ki... Bizim aramızda heç nə ola bilməz. Bəlkə də deyib eşitməmişəm. Amma mənə elə gəlir ki, hər kəs öz adının çəkilməsindən biabırçılıq yaşamasın, başqasından eybi yox.
- Neçə ildir bu səhnədəsiniz, amma hələ də adınızdan istifadə edib, özlərini reklam edənlər çoxdur.
- Eybi yox, mən icazə verirəm, qoy onlar mənim hesabıma özlərini reklam etsinlər. Amma qeyd edim ki, mən 3 ilə yaxındır ki, heç kimə cavab vermirəm. Hamiləlik dövründə (ifadəmə görə üzr istəyirəm) evdə olduğum vaxtlar efirə çox baxırdım, müğənni kimi yox, tamaşaçı kimi. Məhz onda mənim fikirlərim dəyişdi. Əvvəllər məndə bir xüsusiyyət var idi, hər kəsə cavab verirdim. Özümdən çıxırdım və qışqırırdım. İndi isə yox! Çox dəyişmişəm. Görürəm ki, fikir verməyəndə deyilənlər elə orada da qalır. Məndən soruşurlar, cavab vermirəm və onların sualı qalır havada. Bir növ pərt olurlar, gülməli vəziyyətdə qalırlar. Ad çəkmək istəmirəm, bir kişi müğənni var ki, başımı xarab edib. Zəng vururdular ki, Rəqsanə, o sənin haqqında filan sözü dedi. Mən isə cavab vermirdim. Axırda gördüm ki, onun ağzı yumuldu. Daha o insanla bağlı mənə sual verən yoxdur.
- Demək siz bir növ qalmaqallara "yox" demisiniz...
- Bəli, qəti istəmirəm. Qoy kim nə istəyir desin. Heç kimə cavab verməyəcəyəm. 3 ildir, artıq susuram.
- Fikirləşmirsiniz ki, 3 il kifayətdir? Kimlərinsə payını vermək vaxtı yetişməyibmi? Axı bundan sui istifadə edənlər çoxdur...
- Xeyr, mən demişəm, heç kimə baş qoşmayacağam. Bu halımdan istifadə edənlər olsa da havada qalacaqlar. Çünki mən onlara cavab verməyəcəyəm. Cavab versəm, birini mən deyəcəyəm, birini onlar. Və bu onlar üçün reklam olacaq. Rəqsanə yenə çıxacaq o maqazin proqramlarında ondan danışaq, bu internet səhifəsində o insanlar barədə müsahibə verəcək. Xeyr, daha bezmişəm. Qoy danışsınlar!
- Yəgin ki, buna görə, sizə mane olanlarda çoxdur. Yəni bir sizi hədəfə alıblar.
- Mən bir söz deyim də, ruzini verən Allahdır. Bəndə nə qədər ayaqaltı qazıb, pislik edər, çörəyinə bais olar, mərdimazarlıq edər, hamısı özünə qalar. Əgər o insana Allah çörək veribsə, sən kimsən onun əlindən alasan. Mən elə özümdən götürürəm. Əgər mənim başıma gələn kiminsə başına gəlsəydi, yəqin o daha ayağa durmazdı. Oxumazdı bu gün sənətdə. Atardı və hər şeyə son qoyub gedərdi. Amma mən etmədim.
- Niyə etmədiniz?
- Çünki onları sevindirmək olmaz. Çünki Allah mənə bu səsi və bu naxışı verib. Mən çıxdığım bir gündən tanınıram. Mən lap əvvəldən sevilmişəm və bütün mahnılarım qəbul olunub. Bu gün mənim bu qədər tamaşaçı kütləm var. Mən xalqım, tamaşaçılarım və pərəstişkarlarım üçün oxuyuram. Səhnəyə çıxıb özümü göstərmirəm ki... Mən ailəm və balalarım üçün əziyyət çəkirəm. İnsanların pislikləri elə özlərinə qalır. Əslində mən bilirəm, kim mənə nə edib. Düzdür, vaxtı ilə bilmirdim, ancaq sonra hamısı aydın oldu. Kim nə edib, necə edib, hər bir xırda detal da mənə aydındır. Amma mən onları görəndə yenə salam verirəm. Çünki onları artıq Allahın öhdəsinə buraxmışam. Həyatda hər kəs səhv edir. Mənim özümün də o qədər səhvim olub. Çox yalnız addımlar atmışam. Allah hər birimizin bağışlayırsa, demək biz bəndələrin səhvini unutmalıyıq.
- Sizcə, sizə qarşı olunanlar sadəcə səhvdir?
- Xeyr, bu səhv deyil, bu artıq mərdimazarlıqdır. Bu dəfələrlə təkrarlanır. Mən şahidi olmuşam ki, mənim başıma oyun gətirirlər, aradan bir neçə müddət keçəndən sonra özləri oyuna düşür. Elə oyuna düşürlər ki, ağıllarını itirib, çaş-baş qalırlar.
- O insanlara heç nə etməmisiniz?
- Nə edə bilərəm ki.... Mən onları Allaha tapşırıram və görürəm ki, düz etmişəm. Deyirəm, ay Allah sən nə qədər böyük və səbirlisən. Amma bəndənin səbri olmur. Mənim heç səbrim yoxdur. Pislik edən insana belə pislik arzulamıram. Bəlkə də deyirəm ki, nəsə olsun, amma ürəyim yanır. Mən belə bədbəxt insanam. Mən bilirəm ki, xasiyyətim ölənə kimi dəyişəsi deyil.
- Yəgin ki, özünüzdə beyənmədiyiniz ən mənfi cəhətiniz də elə budur?
- Hərdən özümə çox hirslənirəm, sual verirəm. Deyirəm ay Rəksanə bu insanlardan zərbə alırsan, özü də dəfələrlə, niyə yenə bunlara təzədən ürək qızdırırsan? İnanın həqiqətən özümə bu sualı verirəm, xəyala dalıram, fikrim öz başıma gələn hadisələrə gedir. Deyirəm görəsən mən niyə bu qədər səhvlər və ağılsızlıqlar edirəm.
- Necə dözürsünüz? Axı siz onlara bu səhvləri keçdikcə onlar növbəti dəfə təkrarlayırlar...
- Kiməsə elədiklərinin hesabını soruşanda elə hər kəs eyni söz deyir, məni yoldan çıxartmışdılar, öyrətmişdilər, nə bilim nə....Nəyisə deyəndə deyirlər, bilirik ki, səhv etmişik... Bu hallarla çox qarşılaşmışam. Amma heç olmasa öz səhvini başa düşüb demək də yaxşıdır.
- Onların səmimiyyətinə nə dərəcədə inanmaq olar?
- Mən nə deyə bilərəm. Allahı və özləri bilsin.
- Amma məncə onlar sizdən qorxmurlar və sadəcə olaraq sizə meydan oxuyurlar.
- Bəli onlar bilir ki, məndən qorxmaq lazım deyil. Heç özümdə istəmərəm ki, onlar məndən qorxsunlar. Çünki mən elə insan deyiləm. Heç kimə pislik etmərəm. Mənə zərbə vuran insanlar da, məni gözü götürməyənlər də bilir ki, əlimdən pislik gəlmir. Edə bilmirəm, bilmərəm də, bu mümkün deyil. Mən heç kəsin "torbasını tikə bilmərəm". Bu mənə məxsus olan xüsusiyyətlər deyil.
.- Amma pislik edənlər də çoxdur. Məsələn Əli Mirəliyevin son açıqlamasında deyib ki, Rəksanə "oxuyaçıdır", oxuyan deyil.
- Açığı eşitməmişəm o nə deyib. O yaxşı bir insandır. Mən ona cavab vermək istəmirəm. O bir dəfə nəsə demişdi. Mən o insanı həyatda tanımıram. Onu yalnız efirdən izləmişəm. Həyatda isə onu yalnız uşaq vaxtı görmüşəm. Ümumiyyətlə o insanla mənim heç bir şəxsi münasibətim yoxdur. O bir dəfə mənim haqımda açıqlama verib. Mən onun yaşına görə ona hörmət edirəm. Durub o insanla dalaşası və ya ona cavab verəsi deyiləm. Mənə belə qalmaqal lazım deyil.
- Rəksanə xanım, unudulmağınızı hiss etmirsiz?
-Xeyr. Müğənni var ki, 4-5 aydır tanınır. Sonra isə bircə ay efirə çıxmasa, unudulur. Mən unudulmuram, unudulmaram. Bu çox gözəl haldır və ifadə olunmayacaq bir hisslərdir. (İfadəmə görə üzr istəyirəm) qızıma hamilə olduğum zaman 1 il efirə çıxmadım. Amma yenə də unudulmadım. Bu yaxınlarda elə veriliş gedir ki, mənim ona heç bir aidiyatım yoxdur, mövzusu belə başqadır, ancaq məndən danışırlar. Dəfələrlə bunun şahidi olmuşam. Bu əslində gözəl bir xoşbəxtlikdir ki, mən neyləsəm də unudulmuram .

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB