Aktrisa ərə getdi FOTOLAR

Türkiyəli aktrisa Songül Öden ailə həyatı qurub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi dörd ildir eşq yaşadığı biznesmen Arman Bıçakçı ilə nikah masasına əyləşib.

Mərasimdə cütlüyün ailə üzvləri, yaxınları iştirak edib. Nikah Armanın ailəsinin evində baş tutub.

Songül və Arman pandemiyadan sonra böyük toy edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə