İradə İbrahimova: “Qorxu içindəyəm”

İradə İbrahimova: “Qorxu içindəyəm”

Türkiyədə yaşayan müğənni İradə İbrahimova son günlər cəbhədə baş verən hadisələrdən söz açıb. SİA-nın məlumatına görə, o, bu ərəfələrdə hər kəsi birlik olmağa səsləyib: "Ağlını itirməyən neçə nəfər qaldıq görəsən? "Hər saatım, gecəm-gündüzüm ölkəmin vəziyyəti, hadisələrlə başlayıb bitir" demək istəyərdim, amma təəssüf ki, bitmir. Yuxularım ərşə çəkildi. Görəsən, bu gün hansı canımızın canını yaxacaqlar deyə, qorxu içində telefona tərəf baxıram.

Düşmənlərimizin xain əməlləri ilə bizi, ruhumuzu, enerjimizi aşağıya çəkməyinə, özləri kimi xəstə, canı ruhlu etmələrinə icazə verməməliyik. Hər kəs, hansı peşənin sahibi olursa-olsun, fərq etməz, əlindən gələnin ən yaxşısını etməyə çalışsın. Bu millətin torpaqlarının üstündə yaşayan insanların gücünə ehtiyacı var. Bir olaq, ayırmayaq, ayrılmayaq, birləşək, birləşdirək. İstədikləri qədər bizi təkləməyə çalışsınlar, yetər ki, biz bir-birimizi tək qoymayaq. Yıxılanı qaldırmaq Vətən borcudur. Gözəl ölkənin gözəl insanlarıyıq. Yapışaq bir-birimizdən bütün olaq, tam olaq, bir olaq, təmkinli olaq ki, əksilməyək, çoxalaq".

Bütün xəbərlər Facebook səhifəmizdə