Ruhi: “Ən ülvi, ali hissləri siz mənə daddırdınız”

Ruhi: “Ən ülvi, ali hissləri siz mənə daddırdınız”

İş xanımı, keçmiş müğənni Ruhi Əliyeva üçün özəl gün yaşanıb. SİA-nın məlumatına görə, əkizlərinin ad günü olub. Bu münasibətlə Ruhi onları belə təbrik edib: “Həyatımın ən əvəzsiz, xoşbəxt, sehirli anları… Allahın məni ən böyük mükafata layiq gördüyü gün, məhz ana olduğum, övladlarıma qovuşduğum gündür. O gündən artıq tam 8 il ötür. Muhammet və Hasanımın doğum günüdür. Gəlişləriylə bütün acılarımı, əzablarımı unutdurub, mənə dünyada cənnəti yaşadan, balalarım, siz nə yaxşi ki, varsınız. Çox şükürlər olsun ki, həyatda ən ülvi, ali hissləri məhz siz mənə daddırdınız. Deyiləcək ən gözəl sözlər belə sizə olan sevgimin qarşısında acizdir. Mənim oğullarım, ad gününüz mübarək!”

Arzum budur, Allah sizi yolunuzdan, xeyirxah əməllərinizdən, xoş niyyətinizdən, din-imanınızdan, vətən sevgisindən, heç zaman çaşdırmasın. Sizi çox sevirəm! Allah sizin timsalınızda bütün balaları qorusun, xoşbəxt eləsin. Bütün qızlarımıza bu anları yaşamağı arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə