Ülviyyədən hamiləlik etirafı: “Kiçik ürək döyüntüsü məni ayaqda saxlayır” FOTOLAR
30 yaşını qeyd edən aktrisa Ülviyyə Xəlilbəyli artıq ana olacağını etiraf edib. SİA-nın məlumatına görə, bu barədə aktrisa “İnstagram” səhifəsində aktyor həyat yoldaşı Murad İsmayıllı ilə fotolarını yayımlayaraq xəbər verib: "Doğum günlərimi o qədər də sevmirəm. Çünki hər il etmədiyim işlərimi “birdən çatdırmaram” deyə bir hiss canımı bürüyür. Əlavə olaraq isə 2020 yaxşı başlamadı.
Onun ağırlığı da sanki, bir yandan üstümə çöküb. Həssaslıq dönəmimdə hər gün pis xəbərlər oxumaq insanı məhv edir. Buna baxmayaraq, kiçik bir ürək döyüntüsü məni ayaqda saxlayır. Bütün keçirdiyim çətinliklərə onun sayəsində tab gətirirəm. Qucağıma alacağım günü, onun kiçik əllərinə toxunacağım günü düşünərək özümdə güc toplayıram və ən əsası onu mənə bəxş edən Allahıma şükürlər olsun deyirəm. Ona görə də bu doğum günüm mənim üçün özəldir. Mənə görə xoş dualar edən hər bir izləyicimə minnətdaram. Arzusunda olan bütün xanımlara bunları yaşamaq nəsib olsun.

Bu vaxta kimi gözləyib açıqlama verməmişdimsə, bunun da səbəbi var idi. Hörmətlə yanaşan, şəxsimə zorla girməyə cəhd etməyən hər kəsə anlayışından dolayı böyük təşəkkürlərim var”.

Qeyd edək ki, cütlük “Vicdan haqqı” serialının çəkilişləri zamanı tanış olub. Onlar 2018-ci ilin sonlarında ailə həyatı qurublar.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB