İki məşhur müğənni konsert verməyi planlaşdırır

İki məşhur müğənni konsert verməyi planlaşdırır
Xəbər verdiyimiz kimi səhnəmizin iki məşhur siması Röya Ayxan və Rəhim Rəhimli yerli restoranların birində duet konsert verməyi planlaşdırırlar. SİA-nın verdiyi xəbərə görə, "R&R şou" adlı konsertin 31 may Gənclər günündə baş tutması gözlənilir.

Qeyd edək ki, təqdim etdiyimiz video-çarx adı çəkilən konsert üçün hazırlanıb. Rəhim videodan ağızdolusu danışdı. Çarxda göründüyü kimi Röyanı məhz həmkarı Rəhim xilas edir. Hər zaman fərqli olmağa çalışan müğənnilər bu dəfə də diqqəti üzərlərinə çəkməyə müvəffəq oldular.

Bütün xəbərlər Facebook səhifəmizdə