"İmkansızlıqdan kökəlirik"  FOTO

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə həyat yoldaşı Sevinclə şəkil yayımlayıb. SİA-nın məlumatına görə, sənətçi artıq çəki almaqdan gileylənib: "Bu beş-altı ayda çox kökəldik. Əvvəl imkan var idi kökəlmirdik. İndi imkan az, kökəlmək çox olub".

Nadir daha sonra xanımı ilə bağlı sözlər yazaraq, yaşlandığını bildirib: "İllər nə tez keçir. Gənclik çox uzaqda qaldı. Buna baxmayaraq səni daha çox sevməyə başlayıram. Həyatımın yoldaşı".

Bütün xəbərlər Facebook səhifəmizdə