Xalq artisti Emin Ağalarov "МММ" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. SİA-nın məlumatına görə, mahnının müəllifi və ekran işinin prodüseri Maksim Fadeyevdir.
Emin yeni klipi haqqında fikirlərini bildirib: "Maksim maraqlı ssenari düşündü və ən xırda amillərə qədər hər şeyi hazırladı. Bu da mənim 100 faiz etibar etdiyim bir haldır. Nəticə isə möhtəşəmdir. "МММ" musiqi karyeramda ən uğurlu işlərdən oldu. Maksimlə işbirliyindən və dostluğumuzdan məmnunam".
Maksim isə klipdə real bir hadisə canlandırdıqlarını söyləyib. O bildirib ki, Emin rolunun öhdəsindən uğurla gəlib: "Bu, gerçək hekayədir. O, burada təbiidir. Emini mən və dostları hər zaman belə görüb. O, heç bir rol oynamır, öz hekayəsini canlandırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB