Bu serialın çəkilişlərinə start verildi FOTOLAR

Bu serialın çəkilişlərinə start verildi FOTOLAR

Baş rollarını Mehmet Günsür, Beren Saat, Metin Akdülger və Melisa Şenolsunun canlandırdığı “Atiye” serialının 3-cü mövsümünün çəkilişlərinə start verilib. SİA-nın məlumatına görə, bu haqda aktrisa Beren Saat “İnstagram” səhifəsində xəbər verib. Belə ki, o, çəkilişdən fotolar paylaşaraq bu sözləri yazıb: “Yeni ayda çəkilişlərə başladıq. Atiyenin möcüzələri yenə bizimlədir. Bütün tədbirlər görüldü və biz başladıq”.

Qeyd edək ki, ekran işinin 2 mövsümünün çəkilişləri tamamlandıqdan sonra ilk mövsümü “Netflix”də yayımlanıb. Serialın 4 mövsüm yayımlanması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə