"Bu Vətənin leytenantı olduğum üçün qürur duyuram" FOTOLAR
Aparıcı Hacı Nuran hərbi geyimdə fotokamera önünə keçib. SİA-nın məlumatına görə, aparıcı yeni çəkdirdiyi şəkilləri sosial media hesabında yayımlayıb. O, paylaşımına bu sözləri yazıb: "Bir məfhum var ki, hər şeydən öndə, hamıdan əzizdir. Bir məfhum var ki, ömürdən pay verərlər, ondan pay olmaz - bu, Vətəndir. Sənin, mənim ata-babalarımızın doğulduğu torpaq, yurd yeridir. Bura doğma Azərbaycandır. Tanrının bizə ərməğanı olan yurd yeri ... Təkcə yeraltı deyil, yerüstü nemətləri ilə də zəngin olan Odlar yurdu. Mən bu yurdun övladıyam. Həmişə bununla qürur duymuşam. Dünyanın hansı yerində oluramsa olum, hara gedirəmsə gedim bircə həftədən sonra könlüm Vətənimi arzulayıb. Ürəyim doğma Bakını istəyib. Bu, elə bir sevgidir ki, insan üçün heç nə ilə əvəz olunmur. Elə bir sevdadır ki, bir dəfə tutuldunsa ömür boyu mübtəlası olursan. Bu, torpaq, Vətən sevgisidir. Xoş o insanın halına ki, bu sevginin nə demək olduğunu dərk edir. Məhz o zaman insan Vətən daşı ola bilir. Bu gün Ali Baş Komandanın çağırışına səs verib, könüllü olaraq səfərbərlik idarələrində qeydiyyatdan keçən yüzlərlə vətəndaş kimi fəxr edir, qürur hissi keçirirəm. Bu Vətənin övladı, leytenantı olduğum üçün".








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB