"Eurovision" təmsilçilərimizdən olan və uzun illərdir ABŞ-a köçən müğənni Fərid Məmmədov ermənilərin Los-Ancelesdə keçirdiyi etiraz yürüşündə azərbaycanlılara hücum etməsindən və xəsarət yetirməsindən danışıb. SİA-nın məlumatına görə, o, bu sözləri deyib: "Los-Ancelesdə Azərbaycanın Baş Konsulluğu qarşısında ermənilərin etiraz aksiyası keçirilib. Ermənilər 4 mindən çox idilər: yüksək səslərin səsləndirildiyi avtobus, üzərində etiraz sözləri yazılan köynəklər...
Konsulluğu qorumaq üçün 30-40 azərbaycanlı ora toplaşdı. Onlar burada yaşanan mübahisədə mübarizə apardılar və zədə aldılar. 30-40 insan 4 minə yaxın erməni ilə davada o qədər cəsarət göstərdilər ki, sanki "300 spartalı" döyüşürdü. Hər şey hazırlıqsız olmuşdu.
Rəqs, qışqırtı, etiraz - qələbə demək deyil. Əsas bunu ABŞ necə qəbul etdi? ABŞ konqresi ermənilərin Azərbaycan ərazisini qanunsuz işğal etdiyini qəbullandı. İnşallah, ədalət yerini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB