Xəbər verdiyimiz kimi, Los-Ancelesdə yaşayan ermənilər ötən gün Azərbaycanın oradakı Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. SİA-nın məlumaına görə, mitinqə yollananlar arasında uzun müddətdir ABŞ-da yaşayan müğənni Səbinə Əsgərova da yer alıb. Bununla bağlı paylaşım edən sənətçi orada yaşanan davadan bəhs edib: "Bu gün döyüldük, hər nə oldusa, problem yoxdur. Belə bir hadisənin olacağını bilsəydim, yenə gedərdim. Sonuna qədər dayandıq, dağılışıb evə gedəndə dörd tərəfdən üstümüzə neçə min adam töküldü. Bu, əclaflıq, vəhşilikdir. Xəbər saytları videoları paylaşıb, hər kəsə bu gün olanları çatdırmalıdır. Düzdü, buzlu butulkanın biri başıma dəydi. Şükür ölüm, yaxud polisə düşən yoxdur.
Nyu-York və digər şəhərlərdə bunu edə bilməzdilər. Biz burada azıq və çox adamın da mitinqdən xəbəri olmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB