Muraddan həmkarlarına müraciət: “Dalaşmayın”

Muraddan həmkarlarına müraciət: “Dalaşmayın”

Müğənni-bəstəkar Murad Arif bir-birini tənqid edən həmkarlarına müraciət edib. SİA-nın məlumatına görə, ifaçı onlara məsləhət verib: "Xahiş edirəm, heç olmasa, bu günlər bölünməyin, bir-birinizi qırmayın, qüsurlarınızı ağartmayın, savaşmayın.

Hər kəs "bomba oğlan, bomba qız" imicindən "bomba xalq" moduna köklənsin. Hər xırda amildə "Vətəni sevmir!" iradını yaxmayaq, hər sözdən partlamayaq. Ayrı-ayrılıqda biz balaca adamlarıq. Amma birləşəndə, böyük xalq oluruq. Dalaşmayın.

Bu günlər nə qədər irad, qınaq görürəm... Hər müzakirə, statusun altında dava gedir. Kim ağıllıdır, kim doğrudur, kim haqlıdır... Bəsdirin! Biz hamımız yaxşıyıq, mərdik, güclüyük və Vətəni sevirik".

Bütün xəbərlər Facebook səhifəmizdə