Teymur Mustafayevin qəbirüstü abidəsi qoyuldu

Teymur Mustafayevin qəbirüstü abidəsi qoyuldu

Xalq artisti, Prezident təqaüdçüsü mərhum Teymur Mustafayevin qırx mərasimi keçirilib. SİA-nın məlumatına görə, T.Mustafayevin qəbirüstü abidəsi qoyulub. Onun qəbirüstü abidəsi həyat yoldaşının və oğlunun məzarı yanında ucaldılıb.

Mərasimdə mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər. Qırx mərasimi zamanı Xalq artisinin məzarı önündə nəvəsi Elxanın və Novruzovlar ailəsinin adından əklil qoyulub.

Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb. T.Mustafayev iyunun 12-də doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə