Məşhur müğənni Emin Ağalarov bu yay yenidən Bakıda konsert verəcək. SİA-nın MİLLİ.AZ xəbər portalına istinadən verdiyi xəbərə görə,müğənni bildirib ki, bundan əvvəl London və Moskvada səhnəyə çıxmağa hazırlaşır. Hazırda isə klip və film çəkilişləri ilə məşğuldur. Ən maraqlısı isə, çəkilişlərə dünyada məşhur ulduzlarla işləyən rejissor Fil Qriffinin cəlb olunmasıdır. İndi yalnız film çəkilişləri edən rejissor azərbaycanlı müğənni üçün istisna edib. Müğənni planları və üzərində işlədiyi layihələr barədə müsahibə verib.
- Pol Makartni, Adele, Emi Vinhaus kimi məşhur simalarla çalışan məşhur rejissor Fil Qriffin bu dəfə sizin üçün iki klip və film çəkir.
- Rusiya mətbuatının yazdığına görə, yeni klipin çəkilişləri üçün bütün günü çəkiliş meydançasında olursunuz. Yorulursunuzmu?
- Bilirsiniz, nəticəyə işləyəndə heç nədən yorulmursan. İş o qədər çox olur ki, vaxtı da unudursan. Çəkilişlər uzun çəkir. Əslində çəkiliş vaxtı 12 saat nəzərdə tutulur. Bir qayda olaraq isə 12 saata istədiyini çəkə bilmirsən və çəkiliş 16, 17, 18 saat çəkir. Bu, günlərlə davam edəndə isə yorulursan. Amma sevdiyin işlə məşğul olursansa, iş heç vaxt sənə ağırlıq etmir.
- Həm həyat yoldaşı, həm ata, həm də iş adamısınız, eyni zamanda mahnılar yazır, çəkilişlərdə olursunuz. Bu qədər işə vaxt və enerjini haradan tapırsınız?
- Görəsən, Emin Ağalarov mahnı yazmağa və bu işlə məşğul olmağa necə başlayıb?
- 15 il əvvəl nə isə yazmaq üçün eksperimentlərə başladım. Zaman keçdikcə başa düşdüm ki, bu mənim xoşuma gəlir. Və bu işlə daha çox məşğul olmağa başladım. İstənilən işlə çox məşğul olduqca daha çox öyrənirsən, potensial olaraq daha çox insanların xoşuna gələ biləcək mahnılar yazmağı öyrənirsən. Bu, eynilə idmandakı təcrübəyə bənzəyir. Əgər hər gün idmanın eyni növü ilə məşğul olursansa, onda getdikcə həmin işin peşəkarına çevrilirsən. Mahnı bəstələməklə ümid edirəm ki, mən də nə vaxtsa peşəkar olacam. Hələlik isə onu deyə bilərəm ki, mən doğru yoldayam.
- Xaricdə yaşayan azərbaycanlı olaraq Emin Ağalarov qazandığı uğurlarla kimə həsr edir?
- Bilirsiniz, deyə bilmərəm ki, mən ölkəmin xüsusi bir nümayəndəsiyəm. Amma onu bilirəm ki, öz ölkəmi çox sevirəm və azərbaycanlı olduğum üçün qürur duyuram. Və çalışıram ki, bunu hər yerdə deyim. Amma öz üzərimə Azərbaycan incəsənətinin səfiri statusunu götürmürəm. Bunu edən və Azərbaycanı dünyada təmsil edən mədəniyyət sahəsinin insanları var və onların sayı çoxdur. Mən isə populyar musiqi sahəsində Rusiya və Avropada özümü reallaşdırmaqdayam. Və bu mənim xoşuma gəlir. Əgər bununla Azərbaycanın imici üçün töhfə vermiş oluramsa, bundan sadəcə, xoşbəxtəm. Amma bu, məqsəd deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB