Afaqdan Vüsaləyə: "800 manat maaş alan aparıcı, "Porsche"ni kimin hesabına sürürsən?"

Afaqdan Vüsaləyə: "800 manat maaş alan aparıcı, "Porsche"ni kimin hesabına sürürsən?"

Müğənni Afaq Aslanla aparıcı Vüsalə Əlizadə arasında qalmaqal yaşanır. SİA-nın məlumatına görə, ötən gün Vüsalənin "Reklamı ölən silikonlu gözəlçələr, Azərbaycanın adını batırmayın" sözlərinə Afaqın cavabı çox çəkməyib.

Belə ki, Afaq aparıcının ünvanına təhqirlər yağdırıb: "Sözüm şərəfini, mənliyini, ləyaqətini və qürurunu itirmiş hansı yuvanın quşu oldugu bəlli olmayan, haqqımda bildi-bilmədi fikirlər səsləndirən şəxsiyyətsiz teleaparıcıyadır! Nəzərinə çatdırım ki, sən bu ölkədə haqqımda fikir səsləndirə biləcək və namusdan-qeyrətdən danışacaq ən axırıncı adam ola bilərsən. Bunu unutma!

Allaha şükür mən hələ ki, subay qızam, nə toyla büsatla ərə getməmişəm, nə də ərim məni otel otaqlarında, həcilərin bağlarında, başqa yataqlarda tutub istifadəyə yarasız bir əşya kimi küçələrə atıb. Üstümə 2 arvad alıb mənə göz dağı verməyib!

İkincisi sənin ürəyində zərrə qədər olsa Vətən, torpaq sevgisi olsa, Kim Kardaşyan kimi erməni qanı daşıyanların, Azərbaycanı dünyaya işgalçı bir dövlət kimi bəyan edənlərin qarşısında dilini uzun eləyib haqq səsini uzadarsan, mənim qarşımda yox. Sənin kimi Vətən, torpaq sevgisindən məhrum olmuşların dili elə ancaq öz Vətəninin vətəndaşlarına uzana bilər. Allah bizi ilk növbədə özümüzü içimizdən yeyib-bitirən sənin kimi qanı xarablardan, sonra düşmənlərimizdən qorusun. İmkanın olanda keç bir aynanın qaşısına aylıq 800 manat aparıcılıq maaşıyla idarə etdiyin "Porsche" ni və efirlərdə bəh-bəhlə reklam eləyib xalqın gözünə soxduğun bağ evini hansı pullarla və kimlərin hesabına aldığını yadına sal. Namusdan-qeyrətdən dəm vuran dilin mənim qarşımda uzansa da, bəlkə vicdanın qarışında o zaman susar".

Bütün xəbərlər Facebook səhifəmizdə