Lalədən maraqlı paylaşım FOTO

Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə maraqlı paylaşım edib. SİA-nın məlumatına görə, o, “İnstagram” səhifəsində yeni fotosunu yayımlayıb. O, paylaşımına Səməd Vurğunun şeirini yazıb:

Lalə! rəngindəki yanğın de nədir ?

Niyə məlulsan, a dağlar qızı sən ?

Qara qanlarmı keçir qəlbindən ?

Hansı dərd, hansı acı xatirədir səni odlarda yaxan?

O uzaq yollara həsrətlə baxan

Qara gözlər niyə məluldur ?

Lalə, rəngin nə yaman solğundur...

Lalə, gün batır, axşam olur, şər qarışır, çay da daşır

Quşlar, insanlar uçur öz yerinə

Sənsə yalqız əli qoynunda yenə...

Qəlbin eşqin kimi tək uzanan yollara göz gəzdirərək onu gəl gözləmə sən...

Lalə, keçdi üstündən o dəhşətli bulud

İçdiyin andı, gülüm, sən də unut !

100 il ansan da onu xatirə tək

O vəfasız qayıdıb gəlməyəcək !

Bütün xəbərlər Facebook səhifəmizdə