"Atam polkovnik-leytenant olub" FOTOLAR

"Atam polkovnik-leytenant olub"  FOTOLAR

Xəbər verdiyimiz kimi, müğənni Damla yeni layihə üzərində çalışır. SİA-nın məlumatına görə, ifaçı yeni fotosessiya etdirir.

Onun şəkillərinin bir qismini fotoqraf Pərviz Salıyev və ifaçının özü “İnstagram” səhifəsində yayımlayıb.

Damla paylaşımına bu sözləri yazıb: “Hərbçi ailəsində dünyaya göz açmışam. Polkovnik-leytenant qızıyam. Uşaqlığımdan atam bizə Vətəni sevməyi öyrədib. Azərbaycanlı olduğum üçün fəxr edirəm. Çətin günlər keçiririk. Allah əsgərlərimizi qorusun. Daha şəhid xəbəri almayaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə