Xəbər verdiyimiz kimi, Tovuz rayonu istiqamətində döyüşlər gedir. SİA-nın məlumatına görə, həmin hadisələr zamanı 12 nəfər şəhid olub.
Moskvada yaşayıb, fəaliyyət göstərən müğənni Rəqsanə İsmayılova baş verən hadisələrə biganə qala bilməyib.
Belə ki, o, şəhid olmuş general-mayor Polad Həşimovun və polkovnik İlqar Kazımovun dəfnindən sosial şəbəkədə video yayımlayaraq bu sözləri qeyd edib: “Yaralı xalqım, qərib ölkədə özümə yer tapa bilmirəm. Ürəyim paramparçadır. Gözü yaşlı ana və bacılarım, dərdiniz dərdimdir. Şəhidlərimizin qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət etsin!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB