"Amansız xəstəliyə qalib gəlməyimin səbəbkarı sizsiniz"

"Amansız xəstəliyə qalib gəlməyimin səbəbkarı sizsiniz"

Xəbər verdiyimiz kimi, Xalq artisti Nəzakət Teymurova uzun müddətdir koronavirus infeksiyasına yoluxub. SİA-nın məlumatına görə, xanənədə bir müddətdir müalicə alır. N.Teymurova artıq özünü yaxşı hiss etdiyini bildirib.

Muğam ifaçısı ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib: "Hörmətli Mehriban xanım Əliyeva, bir sənət insanı olaraq sizin qayğınızı hər zaman hiss etmişik. Bu çətin günlərimdə amansız xəstəliyə qalib gəlməyimin də səbəbkarı siz və fədakar həkimlərimizdir.

Xəstəxanada yatarkən sizin insansevərliyinizin bir daha şahidi oldum. Öz və ailəmizin adından sizə və rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun bütün əməkdaşlarına təşəkkür edirəm. Allah sizi qorusun".

Qeyd edək ki, Heydər Əliyev Fondu xanəndənin səhhəti ilə bağlı məsələni nəzarətə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə