İlin ən zövqlü geyinən aktrisası

İlin ən zövqlü geyinən aktrisası
Amerikanın "Qlamur" jurnalı ilin ən zövqlü geyinən aktrisasını seçib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 21 yaşlı aktrisa Emmi Votson ən zövqlü aktrisa təyin olunub.

Aktrisa həmçinin moda sahəsində də peşəkardır. O, 2009-cu ildə dünyada məşhur brend olan "Burberry"-nin siması olub. Daha sonra fransız kosmetika şirkəti olan "Lancome" ilə müqavilə imzalayıb, bununla yanaşı, şəxsi geyim kolleksiyasını da nümayiş etdirib.

Jurnal həmçinin ilin ən zövqsüz geyinən məşhurlarının da adlarını açıqlayıb. Belə ki, keçən il olduğu kimi birinci yerdə model Keyti Preys, ikinci yerdə isə tanınmış müğənni Ledi Qaqa qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə