Vüsalə kimləri tənqid etdi?

Aparıcı Vüsalə Əlizadə bir çoxlarını tənqid edib. SİA-nın məlumatına görə, Vüsalə bəzilərini "ağ yuyub-qara sərib": "Son yaşadıqlarımız çox çətin, ağır və təsirlidir. Neçə gündür ölkənin bu durumundan sui-istifadə edib özünü reklam edənlər isə artıq ürək bulandırır. Bəsdirin, iyrəncliyinizi heç olmasa bu günlərdə ört-basdır edin ki, düşmən bizə baxıb gülməsin. Hər yerdə pis və yaxşı insanlar var. Amma Vətəni qorumaq kimi şərəfli peşə kişi kimi kişilərin işidir. Özünü qoruya bilməyənlər Vətən qorumağa gedir. Yəni bu xalq o qədər aciz oldu ki, sizə ümid etdi?! Paylaşımı zəifləyib reklamı ölən silikon gözəlçələr, silahın şəklini belə görməyən gədələr, "Hərbi xidmətə yararsız" kağızı almaq üçün min hoqqadan çıxanlar, Hərbi komissarlığın önündə şəkil çəkdirib, özünüzə oxşayan saxta xəbər səhifələrini işlədən üzdəniraq bacılarınıza "Qəhrəman" başlıqlarla xəbər yazdırıb Azərbaycanın adını batırmayın. Bu millət igid oğullar itirib. Vətən uğrunda onların qanı ilə yoğrulan torpağı cılızlaşdırmayın. Müharibə olsun demək dildə asandır. Sərgərdə olub güllə səsi eşitsəniz dizləriniz çat verər. Şəxsən bir hərbçi ailəsi kimi mən bu şoularınıza dözə bilmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə