Afaq Bəşirqızı: “Heç vaxt efirə zəng edib söyüş söymərəm”

Afaq Bəşirqızı: “Heç vaxt efirə zəng edib söyüş söymərəm”

Xalq artisti Afaq Bəşirqızı verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aktrisa bir müddət əvvəl ARB TV-nin efirində söyüş söyməsi ilə bağlı iddialara belə cavab verib: "Mən atasız-anasız böyümüşəm. Qoca bir nənənin himayəsində olmuşam. Mən həyatda hər zaman özüm-özümü müdafiə etmişəm. Onu da qeyd edim ki, elə bir ailənin, kişinin qızıyam ki, mən heç vaxt efirə zəng edib söyüş söymərəm. Yeri gələndə elə söyürəm ki... Özü də heç vaxt qadın söyüşü söymürəm".

Mən həmişə aktyorları, insanları müdafiə etmişəm. Mən demişdim, aktyorlara dəyməyin, onları tənqid etməyin, ələ salmayın, incitməyin. Mən o aktrisanın adını etika naminə çəkməyəcəm. Onu elə bir vəziyyətə gətirib saldılar ki, bunun əqli cəhətdən problemi bilindi. Bu aktrisa üç minə yaxın maaş alır - Prezident təqaüdü, maaşı, əmək pensiyası, Xalq artistinə görə aldığı 150 manat. O, deyəndə ki, çörək mağazasına borcluyam... Biz aldığımız bütün ödəmələri ilk gündən kartla alırıq. Artıq onun gedib onlardan nə isə istəməyi... Mən çox əsəbiləşdim. Mənim televizorumda reklam getdi. Ərkim çatır. Mənim 18, 22, 25 yox, 65 yaşım var. Mən bir böyük kimi zəng etdim, həqiqətən də buna öz iradımı bildirdim, özü də pis bildirdim. Elgiz də (aparıcı Elgiz Əkbər –red.) mənə deyir ki, canlı yayımdayıq. O dəqiqə mən söhbətimi bildirdim, Şəfiqə xanımla (vəkil Şəfiqə Nağıyeva -red.) danışdım, qurtardı getdi. Efirdən sonra dedim ki, Elgiz, qurban gözlərinə, mən başa düşə bilmədim, məndə reklam gedirdi, mən də bu süjeti gördüm, bildim ki, bu sənin tərbiyənə uyğun bir şey deyil. Mən onu danladım, keçdi getdi.

ARB-də o səs heç bir studiyada eşidilməmişdi. Orada nə qədər adam var idi. Vəkil Şəfiqə xanım, Xalq artisti Nübar Novruzova, aparıcı Elgiz Əkbər var idi. Elgiz birinci gündən dedi ki, Afaq xanım, bu, studiyada bilinmədi və Afaq xanım doğrudan da düzünə əsəbiləşmişdi. Bir nəfər tərəfindən deyilmişdi ki, mənim pula ehtiyacım var, belə bir şey olub, o səs yazısı ancaq məndədir".

Bütün xəbərlər Facebook səhifəmizdə