"Hər an döyüşməyə hazıram" FOTO

"Hər an döyüşməyə hazıram"  FOTO

Əməkdar artist Mehriban Xanlarova Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən qeydiyyatdan keçib. SİA-nın məlumatına görə, aktrisa bildirib ki, döyüşə getməyə hər an hazırdır: "Mənfur düşmənimizin silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində, şəhid verdiyimiz üçün çox üzülürəm. Ulu babalarımızın bizə əmanət etdiyi vətənimizi qorumaq üçün lazım gələrsə, döyüşməyə hazıram. Bir Azərbaycan vətəndaşı olaraq, tarixi torpaqlarımızı işğaldan azad etmək üçün lazım gələrsə ön, lazım gələrsə arxa cəbhədə xidmət etməyə hazıram. Müraciətimi rəsmiləşdirmək üçün qeydiyyatdan da keçdim.

Vətənimiz və bizim uğrumuzda canından keçən igid övladlarımızın, şəhidlərimizin ruhu qarşısında baş əyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə