Bəhram Bağırzadə ilk dəfə xəstəxanadan foto paylaşdı FOTO

Bəhram Bağırzadə ilk dəfə xəstəxanadan foto paylaşdı FOTO

Koronavirus infeksiyasına yoluxan Əməkdar artist Bəhram Bağırzadə uzun müddət sonra ilk dəfə sosial şəbəkədə paylaşım edib. SİA-nın məlumatına görə, aktyor müalicə aldığı palatadan görüntü yayımlayıb.

Bağırzadə şəklə "Hələ ki, çəkə bildiyim budur" sözlərini qeyd edib. O, izləyicilərinə təşəkkür edib.

İyunun 12-də xəstəxanaya yerləşdirilən və vəziyyəti ağır olan B.Bağırzadənin səhhəti yaxşılaşmağa doğru gedir.

Qeyd edək ki, Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də B. Bağırzadə EKMO cihazından ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə