“Zakir kimi oğlanın qarşıma çıxmasına sevinirəm”

“Zakir kimi oğlanın qarşıma çıxmasına sevinirəm”

Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakirdən söz açıb. SİA-nın məlumatına görə, ifaçı ərinin bu vaxta qədər evlənməməsinin səbəbini açıqlayıb: “Zakirin 38 yaşı var. O, çox pozitiv və müasir fikirli insandır. Şadam ki, onun kimi qarşıma mədəni insan çıxıb.

Bu vaxta qədər ailə həyatı qurmamasına səbəb isə kariyerası olub. Hələ də həyat yoldaşım həkimlik sahəsi üzrə təhsil alır.

Onu da qeyd edim ki, Zakirdən öncə həyaımda böyük boşluq var idi. Həyat yoldaşımı tanıdıqca ona daha çox bağlandım. Mənə xasiyyətləri ilə xoş abu-hava bağışladı. Belə ki, müğənnilik etməyimə qadağa qoymadı. Əksinə işimi dəsəklədi. Mənə anlayış göstərdi.

Sənətçi Zakirin ailəsindən də söz açıb: “Qayınanam və qayınatam təqaüdçüdürlər. İki baldızım var. Çox yaxşı ailəsi var”.

Qeyd edək ki, Sevda Yahyayeva və Zakir artıq nikaha daxil olublar. Koronavirus xəstəliyi bitəndən sonra dəbdəbəli toy etməyi düşünürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə