“Azərbaycan polisi hər zaman xalqın yanındadır”

“Azərbaycan polisi hər zaman xalqın yanındadır”

Son bir neçə gündür ki, müğənni Nura Surinin adından həqiqəti əks etdirməyən xəbərlər dərc olunur. SİA-nın məlumatına görə, ifaçı məsələyə aydınlıq gətirib: “Azərbaycandan heç vaxt getmək fikrim olmayıb. Köçməyə imkanım olub, amma istəməmişəm. Burada rahatam. Hətta gecə tək küçəyə də çıxmağa ehtiyat etmirəm. Çünki sabitliyimiz qorunur və bunu danmaq olmaz.

Dəfələrlə hər hansı bir problemə görə, hətta sosial şəbəkələrdəki təhqirlərlə bağlı polisə müraciət etmişəm, bütün işlərə operativ baxılıb. Polislə bağlı statuslar yazıb təşəkkür də etmişəm. Qonşumuzun evi yananda anında polis, yanğın söndürənlər və təcili tibbi yardımın reaksiyasına məəttəl qaldım. Çox böyük bir bəlanın qarşısı alındı. Təşəkkürümü yazdım.

Dəfələrlə polislərdən yaxşılıq görmüşəm. Yolu tanımayanda onlardan yardım istəmişəm. Ünvana kimi ötürüblər. Hətta dünən Xaçmaza gedəndə polisdən yolu soruşdum və mənə kömək etdilər.

Azərbaycan polisi hər zaman xalqın yanındadır. Hətta bir neçə gün öncə yürüş olanda polislər xalqa zor tətbiq etmədi. Videolara baxıb fəxr hissi keçirdim. Düşmənə qarşı Azərbaycan xalqının birliyini gördüm. Qarabağ hamımızın yaralı yeridir və torpaqlarımız qayıtmayınca bizə rahatlıq yoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə