Nüşabədən Mənsum İbrahimova dəstək: “Ağlaşma videoları yaymayın"
Xalq aristi Mənsum İbrahimov saytların birinə müzakirələrə səbəb olacaq açıqlama verib. O, bu sözləri dilə gətirib: “Çox xahiş edirəm, ağlaşma videoları yaymayın. Erməni saytlarını izləyirəm, belə videoları lağa qoyub gülürlər ki, baxın, necə ağlaşırlar… Şəhidlərimiz var, çox ağırdır. Amma başımızı dik tutmalıyıq”.
SİA-nın məlumatına görə, onun bu sözlərinə Əməkdar artist Nüşabə Ələsgərli dəstək verib: “Mənsum müəllim haqlıdır. Ermənilər ağlaşma videolarını görüb sevinirlər. Bəzi insanlar səhv başa düşməsinlər. Şəhid ölümü dərddir, göz yaşıdır. Amma həmin göz yaşlarını düşmənlərimiz görəndə sevinirlər. Ona görə sosial şəbəkədə paylaşımlarınıza diqqət edin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB