“Hər birimizin borcudur ki, çətin günlərdə Azərbaycanın yanında olaq” FOTO
Müğənni Xəyyam Nisanov Rusiyada məşhurlaşan azərbaycanlıları tənqid edib. SİA-nın məlumatına görə, bununla bağlı sosial şəbəkədə paylaşım edən sənətçi onların şəhidlərimizlə bağlı heç bir paylaşım etməməsini qınayıb: "Heç kəsdən qorxacaq yerim yoxdur. Çünki Azərbaycan Respublikasının vətəndaşıyam, bununla hər zaman fəxr etmişəm. Çalışdığım qədər bütün dünyada ölkəmi təbliğ edirəm. Amma çox heyif ki, mənim Rusiyada və dünyada tanınan həmkarlarım bu gün susublar. Heç bir paylaşım etmirlər. Niyə? Kimdən qorxursunuz, çəkinirsiniz? Mən də 20 ildir Rusiyanın paytaxtında çalışıram. Orada ermənilərlə üz-üzə gəlirəm. Amma heç bir zaman mövqeyimi dəyişmirəm".

İfaçı “İnstagram”da "story" bölümündə bir neçə Rusiyada çalışan tanınmışın profilini paylaşaraq, onlara sual ünvanlayıb.
O, ardınca sosial media hesabında bu sözləri qeyd edib: “Əziz dostlar, hesab edirəm ki, harda yaşamasından və hansı peşəyə aid olmasından asılı olmayaraq hər bir azərbaycanlının mənəvi borcudur ki, bu çətin günlərdə Azərbaycanın yanında olsun və ona dəstək göstərsin.
Onu da qeyd edim ki, Prezident, Ali Baş Komandan İlham Əliyev səfərbərlik elan edəndə mən Azərbaycan vətəndaşı olaraq həmvətənlərimlə birlikdə cəbhədə olacam”.
Qeyd edək ki, Rusiyada məşhurlaşan azərbaycanlılar siyahısına bloqqer Hüseyn Həsənov, müğənnilər Bahh Tee (Bəxtiyar Əliyev), Elman Zeynalov, Coni (Cavid Hüseynli), Aleksandr Əliyev və Nəvai Bəkirov (HammAli & Navai) yer alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB