Şairə və bir çox müğənnilərin ifa etdiyi xit mahnıların bəstəkarı Leyli İsrafilova yeni kitabından söz açıb. SİA-nın məlumatına görə, bu barədə eksklüziv olaraq şairə özü məlumat verib.
Onun sözlərinə görə, "Gecə səyahəti" adlanan kitabın maliyyə problemi olduğundan onun işıq üzü görməsi bir az gecikir: "Bu kitabım sırf qadınlara məxsus olacaq. Belə ki, hər bir qadın özünü bu romanın içində tapa biləcək".
Leyli İsrafilova şəxsi həyatı haqqında yalnız onu deyib ki, sevdiyim şəxs var və o mənim həmkarımdır: "Münasibətlərimizin gələcəkdə ciddiləşməsi barəsində əvvəlcədən heç nə demək istəmirəm, çünki qabaqcadan demək mənə düşmür".
Digər layihələri haqqında danışan L. İsrafilova: "Yeni mahnı yazmışıq. Bu mahnının sözləri mənə, musiqisi isə Pərvizə aiddir. Bununla yanaşı, türk şairəsi olan Ayişə Dilgül Yılmazla da mahnı mübadiləsi edirik. Bu yaxınlarda xalq artisti Zülfiyyə Xanbabayevaya Caz mahnısını da verməyi düşünürəm",- deyə əlavə edib.
Qeyd edək ki, Leyli İsrafilova bir çox tanınmış müğənnilərin mahnılarının bəstəkarıdır. O cümlədən Aygün Kazımovanın, Zülfiyyə Xanbabayevanın "Yox demə", Zamiqin, Sevda Yəhyayevanın ifalarının bəstəkarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB